Azar futboldan getməyə tələsmir
- 10 Fev 2021 13:45
- 608
“Real”ın futbolçusu Edeb Azar karyerasını nə vaxt bitirəcəyi ilə bağlı danışıb.
Rekord.az xəbər verir ki, Azar yaxın müddətdə belə planının olmadığını bildirib.
O, fiziki cəhətdən özünün yaxşı hiss etdiyini də vurğulayıb:
“Bacardıqca çox futbol oynamaq istəyirəm. Bu oyundan zövq almağa çalışıram. Karyeramı bitirməklə bağlı söz-söhbət düşəndə, titullar haqda düşünrəm.
Hazırda prioritetim yaxşı oynamaq və futboldan zövq almaqdır. Özümü fiziki cəhətdən çox yaxşı hiss edirəm. 30 yaşım yenicə tamam olub. Fikirləşirəm ki, hələ 5, ya da 6 il də oynaya bilərəm.
Azar zədəsini müalicə etdirir. “Real”ın baş məşqçisi Zinəddin Zidan bildirib ki, futbolçu 2-3 həftədən sonra meydana qayıdacaq.