İngiltərə Premyer Liqasının 30-cu turunda keçirilən “Everton” – “Liverpul” qarşılaşmasında rekord qeydə alınıb.

Rekord.az xəbər verir ki, qarşılaşmanı televiziyadan 5,5 milyon inan izləyib.

Bu da İngiltərədə idman yarışları üçün rekord göstəricidir. Bildirilir ki, tamaşaçıların yarıdan çoxu - 3,1 milyonu pullu abunə olanlardır. Qalanları isə efirə ictimai yayımla bağlanıb.

İngiltərədə əvvəlki rekord Mançester derbisində qeydə alınmışdı. 2012-ci ildə keçirilən derbini 4,4 milyon azarkeş izləmişdi.