Fransanın “Bordo” klubunun prezidenti Jerar Lopes Liqa 2-nin 38-ci turunun “Rodez”lə yarımçıq qalan matçını dəyərləndirib.

Rekord.az xəbər verir ki, klub rəsmisi üç vacib məqamı vurğulayıb:

“Birincisi, klubun bir sıra hüquqi məsələlərini qorumaq vacibdir. Rəqibin futbolçusuna hücum edən şəxsdən hüquq-mühafizə orqanlarına şikayət edəcəyik. İkincisi, istərdik ki, görüş neytral meydançada, idman prinsipləri ilə baş tutsun. Axı bu, futboldur. Üçüncüsü, biz bazar ertəsi iclas təşkil edəcəyik və məsələləri bir daha müzakirəyə çıxaracağıq”.

Xatırladaq ki, qarşılaşmanın 20-ci dəqiqəsində meydan sahiblərinin azarkeşi görüşdə hesabı açan “Rodez”in futbolçusunu vurub.

Bazar ertəsi Fransanın Peşəkar Futbol Liqası tərəfindən “Bordo” – “Rodez” matçının taleyini həll etmək məqsədiylə komissiya təşkil ediləcək.