“Azarkeşlər “Qarabağ”la oyunu heç vaxt unutmayacaq”
- 13 May 2020 19:00
- 589
Şimali İrlandiyanın “Linfild” klubunun futbolçusu Mark Stafford karyerası ərzində unuda bilmədiyi üç oyunu açıqlayıb.
Rekord.az xəbər verir ki, yerli mətbuata danışan Stafford, Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ı evdə 3:2 hesabı ilə məğlub etdikləri oyunu da unuda bilmir:
“Oyuna başlayarkən daha əvvəl oynadığımız rəqiblərdən fərqli olacaqlarını bilirdik və həqiqətən də yaxşı tərəf idilər.
1:0 hesabıyla önə keçdilər. Amma birinci hissənin bitməsinə 5 dəqiqə qalmış hesabı bərabərləşdirdim. Şeyn Leyveri hissənin sonlarında fərqləndi. O, sonra özünün ikinci qolunu vurdu və 3:2 hesabı ilə qalib gəldik.
Mövsümöncəsi hazırlıq çərçivəsində təlim-məşq toplanışı üçün İspaniyaya – Marbelyaya getmişdik və bu, komandamıza çox yaxşı təsir etdi. Biz artıq hazır idik. Karyeramın ən yaxşı formasında o oyunlara başladım. Çox şanslıyam ki, belə oyunlara uyğunlaşdım və yaxşı oynadım.
“Qarabağ”la oyunda “Vindsor Park” stadionundakı atmosfer əla idi. Bu, klubumuzun avrokuboklarda keçirdiyi ən böyük gecələrdən biri idi. Azarkeşlər “Qarabağ”la oyunu heç vaxt unutmayacaq. Avrokubok oyunu fərqlidir, hər zaman böyük izdiham yaşanır”.
“Qarabağ” səfərdə “Linfild”ə 2:3 hesabıyla uduzsa da, cavab qarşılaşmasında rəqibini 2:1 hesabıyla məğlub edərək, Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmışdı.