
Azarkeşləri “Hypers Guba”nı ziyana saldı
- 11 Apr 2025 15:40
- 80
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, 2-ci liqanın 20-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Şahdağ Qusar” – “Hypers Guba” oyunu bitdikdən sonra “Hypers Guba” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Hypers Guba” komandası 150 manat cərimə edilib.
“Kür-Araz” – “Araz Saatlı” oyununun 82-ci dəqiqəsində “Araz Saatlı” klubunun 8 nömrəli futbolçusu Ramin Süleymanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Araz Saatlı” komandası 50 manat cərimə edilib.
“Dinamo” – “Şəmkir” oyununun 33-cü dəqiqəsində “Dinamo” klubunun 10 nömrəli futbolçusu Ziya Məmmədli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Dinamo” komandası 50 manat cərimə edilib.
“Dinamo” – “Şəmkir” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Dinamo” komandası 80 manat cərimə edilib.
“Dinamo” – “Şəmkir” oyununda “Şəmkir” klubunun 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilib.