AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda Azərbaycan Kubokunun 1/4 final mərhələsi ilə bağlı bu qərarlar qəbul olunub:


“Kəpəz” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” klubu 1500 manat cərimə edilib.


“Araz-Naxçıvan” – “Zirə” oyununda “Zirə” komandasında 4 nəfər sarı vərəqə aldığına görə “Zirə” klubu 700 manat cərimə edilib.


“Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilib.