
Azarkeşləri “Qarabağ”ı ziyana saldı
- 01 Apr 2025 13:10
- 73
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Premyer Liqanın 28-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Turan Tovuz” – “Qarabağ” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz” klubu 700 manat cərimə edilib.
“Turan Tovuz” – “Qarabağ” oyununda “Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Qarabağ” klubu 1500 manat cərimə edilib.
“Neftçi” – “Araz-Naxçıvan” oyununda “Neftçi” klubunda 6 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” klubu 700 manat cərimə edilib.
“Neftçi” – “Araz-Naxçıvan” oyunu “Araz-Naxçıvan” klubunun futbolçusunun formasında qüsur olması səbəbindən gec başladığı üçün “Araz-Naxçıvan” komandası 800 manat cərimə edilib.
“Kəpəz” – “Səbail” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən sındırılmış 6 ədəd oturacağa görə stadiona dəymiş zərər “Kəpəz” klubu tərəfindən ödənilsin.