"Lənkəran"ın baş məşqçisi Georgi Kondruseviç "Quba"ya qarşı keçirdikləri Azərbaycan Basketbol Liqasının 18-ci turunun oyunundan sonra klubun mətbuat xidmətinə açıqlama verib.


Rekord.az xəbər verir ki, gürcüstanlı mütəxəssis məğlubiyyətə görə məyus olduqlarını bildirib:


"Qalib gəlmək üçün çalışdıq amma 4-cü periodda (8:22) çox zəif oyun nümayiş etdirdik. Bu da məğlubiyyətin əsas səbəbi oldu. Oyunda vacib xallar qazanan və əla hücumlar edən Zaur Paşayevlə bacarmadıq. Ötən matçda olduğu kimi yenə də çoxlu top itkiləri yaşadıq ki, bu da əks hücumlarla yadda qaldı. Azarkeşlərimizdən sərgilədiyimiz oyuna görə üzr istəyirəm".


"Lənkəran" - "Quba" qarşılaşması ikincilərin 95:84 hesablı qələbəsi ilə yekunlaşıb.