
“Azarkeşlərimizin qarşısında məğlub olmaq istəmirdik”
- 06 Apr 2025 18:00
- 67
"Gəncə"nin məşqçisi Rizvan Səfərov Azərbaycan Basketbol Liqası çərçivəsində "Sumqayıt"a qalib gəldikləri oyunla (94:92) bağlı klubun mətbuat xidmətinə açıqlama verib.
Rekord.az xəbər verir ki, o, cəzalı və zədəli basketbolçularının olmasına baxmayaraq, qalib gəldiklərini xüsusi vurğulayıb:
"Azərbaycan Basketbol Liqasının müntəzəm çempionatının 4-cü dövrəsində sonuncu oyunumuz idi. 3 cəzalı və 1 zədəli oyunçumuzun olmasına baxmayaraq, qələbə qazandıq. Baş məşqçimizin də cəzalı olması məndə əlavə məsuliyyət yaratmışdı. Sonuncu oyunumuz olsa da, evdə azarkeşlərimizin qarşısında məğlub olmaq istəmirdik. Komanda şəklində mübarizə apardıq. Azarkeşlərimizə təşəkkür edirəm. Qələbəmizdə pay sahibi oldular".