Azəbaycanda çalışmış məşhur ukraynalı 71 yaşında ata oldu
- 10 Sen 2020 16:21
- 533
Bakının "İnter" (hazırkı "Keşlə") klubunun sabiq vitse-prezidenti və baş məşqçisi Anatoli Konkov 71 yaşında ata olub.
Rekord.az xəbər verir ki, bununla bağlı ukraynalı mütəxəssisin özündən 40 yaş kiçik olan həyat yoldaşı Mariya şəxsi İnstaqram səhifəsində paylaşım edib. O, sentyabrın 5-də Saşa adlı qız övladlarının dünyaya gəldiyini yazıb.
Qeyd edək ki, Anatoli Konkov "İnter"də 2004-2006-cı illərdə çalışıb.