Azər Əliyev ÇSKA-ya qarşı 90 dəqiqə oynadı
- 16 Mar 2020 12:41
- 636
Futbol üzrə Rusiya Premyer Liqasında 22-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə Moskva ÇSKA-sı ilə üz-üzə gəlib. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Daha çox əvəzedici komandada çıxış edən Möhbalıyevin adı isə ümumiyyətlə bu matçın iştirak ərizəsinə daxil edilməyib.
“Ufa” 22 turdan sonra 27 xalla 16 kollektiv arasında 9-cu sırada qərarlaşıb.