Futbol üzrə Rusiya Premyer Liqasında 23-cü turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da koronavirus pandemiyasına görə yaranmış fasilədən sonrakı ilk oyununa çıxıb.

Sözügedən komanda doğma meydanda “Tambov”la qarşılaşıb. Başqırdıstan təmsilçisi rəqibini 2:1 hesablı məğlubiyyətlə yola salıb.

Azər də bu görüşün iştirakçısı olub. O, 67-ci dəqiqədə meydana buraxılıb.

“Ufa” 23 oyuna topladığı 30 xalla 16 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.