Futbol üzrə Rusiya Premyer Liqasında 24-cü turun oyunları keçirilir.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti oyununa çıxıb.

Sözügedən komanda səfərdə Moskva “Spartak”ı ilə qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Azər bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Ufa” 24 oyuna topladığı 31 xalla 16 kollektiv arasında 8-ci pillədə qərarlaşıb.