Azər Əliyevli “Ufa” 6 cavabsız qola üzüldü
- 27 Sen 2020 11:30
- 637
Futbol üzrə Rusiya Premyer Liqasında 9-cu turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti oyununa çıxıb.
Sözügedən komanda səfərdə “Zenit”lə qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb - 0:6.
Azər də bu görüşün iştirakçısı olub. O, 41-ci dəqiqədə meydana buraxılıb.
“Ufa” 9 oyuna topladığı 5 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.