Azər Əliyevli “Ufa” doğma meydanda xal itirdi
- 05 İyl 2020 19:30
- 666
Futbol üzrə Rusiya Premyer Liqasında 26-cı turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti oyununa çıxıb.
Sözügedən komanda doğma meydanda “Ural”la qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Azər də bu görüşün iştirakçısı olub. O, 79-cu dəqiqədə meydana buraxılıb.
“Ufa” 26 oyuna topladığı 33 xalla 16 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.