Azər Əliyevli “Ufa”dan “Spartak”la heç-heçə
- 19 Avq 2020 22:40
- 555
Futbol üzrə Rusiya Premyer Liqasında 3-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti oyununa çıxıb.
Sözügedən komanda doğma meydanda Moskva “Spartak”ı ilə qarşılaşıb. Başqırdıstan təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
“Ufa” 3 oyuna topladığı 4 xalla 16 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.