“Turan Tovuz”la oyunda “Kəpəz”in qapısını qoruyan İqor Rodriges heç də inamlı təsir bağışlamadı və 4 top buraxdı.

Rekord.az xəbər verir ki, bir öncə “Zirə” ilə 0:0 başa çatan oyunda etibarlı oyunu ilə yadda qalan Kamran ibrahimovun bu dəfə ehtiyatda qalması birmənalı qarşılanmadı.

Əldə etdiyimiz məlumata görə, İbrahimovun ehtiyatda oturması əlində olan zədə ilə bağlı olub. Bu səbəbdən məşqçilər korpusu riskə getməyərək çərçivəni legioner qapıçıya tapşırıblar.