"Kəpəz" rəhbərliyi baş məşqçi Azər Məmmədova sonuncu pillədən çıxmaq üçün 1 ay vaxt verib.

Rekord.az-a daxil olan məlumata görə, Gəncə təmsilçisi bu gün "Qarabağ"la qarşılaşır.

Bu oyundan ondan xal götürmək tələb olunmur. Amma növbəti turlardan etibarın qələbələr qazanılmaslı, komanda sonuncu pillədən çıxmalıdır. "Kəpəz 13-cü turda səfərdə "Araz Naxçıvan"la, 14-cü turda səfərdə "Səbail"lə, 15-ci turda evdə "Sabah"la və 16-cı turda səfərdə "Qəbələ" ilə üz-üzə gələcək. Məmmədov məhz bu oyunlarda yığdığı xallarla komandanı sonuncu pillədən çıxarmalıdır. Əks halda postu ilə vidalaşmalı olacaq.