Azər Salahlı: "İstəməzdik, belə olsun"
- 31 Mar 2021 10:30
- 619
Azərbaycan millisinin futbolçusu Azər Salahlı DÇ-2022-nin seçmə mərhələsində evdə Serbiyaya 1:2 hesabı ilə uduzduqları matçı şərh edib.
Rekord.az xəbər verir ki, o, qol.az-a açıqlamasında bildirib ki, çox ağır oyun olub: "Deyərdim ki, başa-baş mübarizə getdi. Onların da qol imkanları oldu, bizim də real 4 qol şansımız var idi. Komandada hər kəs əziyyət çəkdi, təəssüf ki, alınmadı. İstəməzdik, belə olsun".
26 yaşlı müdafiəçi 72-ci dəqiqədə əvəzlənməsinə də münasibət bildirib. "Özüm əvəzlənməyimi istədim, arxa əzələmdə ağrılar oldu. Buna görə də məşqçidən xahiş etdim ki, məni əvəzləsin".