Azəraycan təmsilçisi Avropa Kubokunda mübarizəni dayandırdı
- 01 Dek 2024 20:12
- 122
Azərbaycanın kişi həndbolçulardan ibarət “Kür” komandası Avropa Kubokunun 3-cü mərhələsində bu gün İslandiya təmsilçisi “Haukar” ilə cavab matçına çıxıb.
Rekord.az xəbər verir ki, qarşılaşma “Kür” Olimpiya İdman-Tədris Mərkəzində təşkil olunub.
Moldovalı hakimlər Dorian Sirbu və Viktor Serdyukun idarə etdiyi görüş rəqibin 38:27 hesablı qələbəsi ilə yekunlaşıb. Beləliklə, "Kür" Avropa Kubokunda mübarizəni dayandırıb.
İslandiya təmsilçisi ötən gün baş tutan ilk oyundan da qalib ayrılmışdı - 30:25.