Azərbaycan 1 pillə gerilədi
- 28 Avq 2020 11:20
- 769
Avropa Liqasının 1-ci təsnifat mərhələsinin oyunlarından sonra ölkələrin UEFA əmsallar cədvəlində növbəti dəyişiklik olub.
Rekord.az xəbər verir ki, “Neftçi”nin evdə Şimali Makedoniya "Şkupi"sinə 2:1 hesabı ilə qalib gəlməsinə (0.375) baxmayaraq, Azərbaycan 1 pillə geriləyərək 26-cı sıraya enib.
Buna "Sumqayıt"ın doğma meydanda eyni ölkənin digər təmsilçisi "Şkendiya"ya 0:2 uduzması (0.125) və "Keşlə"nin Albaniya "Laçi"si ilə qolsuz bərabərə qalması (0.250) ilə yanaşı, Rumıniyanın 2 qələbə və 1 heç-heçə ilə reytinqini 15.950-yə çatdırması səbəb olub.
Qeydə alınan nəticələrdən sonra Azərbaycanın aktivində 15.875 xal var.
Qeyd edək ki, UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin oyunlarından sonra Azərbaycan "Qarabağ"ın Moldova "Şerif"i üzərində 2:1 hesablı qələbəsi sayəsində Rumıniyanı üstələyərək 25-ci sıraya yüksəlmişdi.