Azərbaycan millisi Belarusda keçirilən 2-ci MDB Oyunlarında 4-cü olub.

Rekord.az xəbər verir ki, yığmamız yarışı 62 medalla başa vurub.

İdmançılarımız 10 qızıl, 17 gümüş, 35 bürünc medal əldə ediblər. MDB Oyunlarında komanda hesabında ən yaxşı nəticəni Rusiya yığması göstərib – 288 medal (149 qızıl, 89 gümüş, 50 bürünc). Belarus 236 medalla (48 qızıl, 78 gümüş, 110 bürünc) ikinci, Özbəkistan 106 medalla (28 qızıl, 25 gümüş, 53 bürünc) üçüncü pillədə qərarlaşıb.

Xatırladaq ki, 3-cü MDB Oyunları 2025-ci ildə Gəncədə keçiriləcək.