Azərbaycan 3-cü Avropa Oyunlarında ilk medalını qazandı
- 22 İyn 2023 21:45
- 380
Azərbaycan karateçisi Tural Ağalarzadə Polşada keçirilən 3-cü Avropa Oyunlarında qızıl medal qazanıb.
Rekord.az xəbər verir ki, 67 kq çəki dərəcəsində çıxış edən idmançı finalda yunanıstanlı Dionisios Ksenosdan üstün olub.
Hakimlər rəqibə hansoku (diskvalifikasiya cəzası), Ağalarzadəyə isə qələbə veriblər.
Xatırladaq ki, azərbaycanlı idmançı finala gedən yolda da polşalı Miloş Sabyetskini sınağa çəkmiş və rəqibinə 4:3 hesabı ilə qalib gəlmişdi.
Bu, Azərbaycan idmançılarının Avropa Oyunlarında əldə etdiyi ilk medaldır.