Azərbaycan Ağır Atletika Federasiyası klub sisteminə keçir
- 04 May 2022 10:28
- 665
Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) klub sisteminə keçmək istəyir.
Rekord.az xəbər verir ki, bu barədə report.az-a müsahibəsində ağırlıqqaldırma üzrə milli komandanın baş məşqçisi Emil Əliyev məlumat verib.
45 yaşlı mütəxəssis bildirib ki, hər bölgədə bir klubun yaradılması planlaşdırılır: "Klublar açılandan sonra məşqçilər dəvət etmək niyyətindəyik. Fikrimcə, bu, ağırlıqqaldırmanın inkişafına da təkan verəcək".