Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Muhəmmədəli Məmmədzadə (96 kq) Yunanıstanın Saloniki şəhərində keçirilən Avropa birinciliyində üç medal qazanıb.

Rekord.az xəbər verir ki, 15 yaşadək idmançılar arasında mübarizə aparan atlet birdən qaldırma hərəkətində 120 kq-ın öhdəsindən gələrək bürünc medal əldə edib.

“Göyəzən” Ağırlıqqaldırma Klubunun təmsilçisi təkanla qaldırma hərəkətində 146 kq-ı başı üzərinə qaldıraraq gümüş medala sahib çıxıb. Muhəmmədəli Məmmədzadə toplam 266 kq (120+146) nəticə ilə yekun sıralamada bürünc medal qazanıb.

Daha əvvəl Aslan Əmiraslanov (U-15, 89 kq) üç qızıl, İsa Əliyev (U-15, 73 kq) iki qızıl, bir gümüş, Elman Kurdanov (U-15, 67 kq) iki gümüş, bir bürünc, Nuray Əbilova (U-15, 40 kq) gümüş medal əldə edib.