Azərbaycan ağırlıqqaldıranı İsa Rüstəmov (73 kq) Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “Kakhi Cup 2024” beynəlxalq turnirinin qalibi olub.


Rekord.az xəbər verir ki, o, birdən qaldırma hərəkətində 148 kq, təkanla qaldırmada isə 181 kq-ın öhdəsindən gəlib.


Rüstəmov toplamda 329 kq (148+181) nəticə ilə yarışı birinci pillədə başa vurub.


Atlet qızıl mükafat əldə etməsi barədə danışıb:


"Dünya çempionatından yeni qayıtmışıq. İstirahət üçün vaxtımız olmadı. Federasiya rəhbərliyi bu yarışda iştirakıma hər cür şərait yaratdı. Bütün yanaşmaları uğurla icra edərək, ili qızıl medalla başa vurdum. Bir neçə gün əvvəl baş vermiş ağır təyyarə qəzası hamımızı sarsıtdı. Qələbəmi qəhrəman təyyarə ekipajına və qəzada həlak olmuş sərnişinlərin əziz xatirəsinə həsr edirəm”.


“Kakhi Cup 2024” beynəlxalq turniri çərçivəsində qonşu ölkəyə səfər etmiş Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Gürcüstan Ağırlıqqaldırma Federasiyasının prezidenti, 3 qat Olimpiya çempionu Kaxi Kaxiaşviliyə xatirə hədiyyəsi təqdim edib.