Azərbaycan atıcıları Qətərin paytaxtı Dohada keçiriləcək Olimpiya Təsnifat Çempionatında çıxış edəcəklər.

Rekord.az Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, səngər stendi (trap) komandasının üzvləri Aydan Camalova, Əli Hüseynli, Ülviyyə Eyvazova, Sabir Mehdizadə, Rəna Ələskərova və Əlimirzə Quliyev yarışda qüvvələrini sınayacaqlar.

Bu gün startı veriləcək stend atıcılığı üzrə Olimpiya Təsnifat Çempionatı aprelin 29-dək davam edəcək.