Azərbaycanın güllə atıcısı Ruslan Lunyov Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Rekord.az xəbər verir ki, o, pnevmatik tapançadan 10 metr məsafəyə atəş açıb.

Lunyov 33 iştirakçı arasında 24-cü olub. 571 xal toplayan idmançı final mərhələsinə yüksələ bilməyib.

O, daha sonra 25 metr məsafədən atəşaçmada da bacarığını göstərməyə çalışacaq.

Olimpiada avqustun 11-də başa çatacaq.