Azərbaycan atleti Avropa Kubokunda 4-cü oldu
- 11 Mar 2024 11:15
- 191
Azərbaycan atleti Anna Skidan Portuqaliyanın Leiria şəhərində keçirilən Avropa Kubokunda 4-cü yeri tutub.
Rekord.az xəbər verir ki, 31 yaşlı idmançı çəkicatma yarışında bunu reallaşdırıb.
O, 70.43 m nəticə göstərib. Bu növdə ümumilikdə 26 atlet çıxış edib.
Skidan Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı 2023-cü ildə qazanıb.