![photo](https://www.rekord.az/storage/news/2025_02_10/43546_1739181194.jpg)
Azərbaycan atleti Balkan çempionatında ölkə rekordunu yenilədi
- 10 Fev 2025 16:15
- 48
Azərbaycan atleti İsgəndər Əsgərov Bolqarıstanın paytaxtı Sofiyada keçirilmiş U-20 Balkan çempionatında 800 metr məsafəyə qaçış üzrə ölkə rekordunu yeniləyib.
Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
İdmançı fevralın 8-də baş tutmuş yarışda 1:59.72 dəqiqə nəticə ilə U-18 yaş kateqoriyasında bu növ üzrə Azərbaycan rekordunu yeniləyib.
Federasiyadan rekordun təsdiqlənmə prosesində olduğu bildirilib.