Azərbaycan atleti Polşada ikinci oldu
- 26 Avq 2024 19:43
- 168
Azərbaycanın atleti Anna Skidan Polşanın Xojuv şəhərində Brilyant Liqa çərçivəsində keçirilən Kamila Skolimovska Memorialında uğurlu çıxışla yadda qalıb.
Rekord.az Atletika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançı çəkicatma yarışında 71.82 metr nəticə göstərib.
Bu nəticə ilə Skidan mötəbər yarışda 2-ci yeri tutub.