Azərbaycan atleti Yekaterina Sarıyeva Almaniyada keçiriləcək 26-cı beynəlxalq qış yarışında iştirak edəcək.


Rekord.az xəbər verir ki, bu barədə Azərbaycan Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.


Sarıyeva yanvarın 25-də Xemnitz şəhərində gerçəkləşəcək yarışda üçtəkanla tullanma növündə mübarizə aparacaq.


Qeyd edək ki, Dünya Atletikasının təşkil etdiyi turnir "challenger" səviyyəlidir.