Azərbaycan Atletika Federasiyasının rəsmisi Avropa Atletikasının konfransında
- 14 Mar 2024 19:30
- 238
Azərbaycan Atletika Federasiyasının Beynəlxalq Əlaqələr və İnkişaf şöbəsinin müdiri Kənan Məhərrəmov Avropa Atletikası tərəfindən Yunanıstanın Vuliaqmeni şəhərində “Şəbəkələşmə və Təhsil” proqramı çərçivəsində keçirilən “CEO konfransı”nda iştirak edib.
Rekord.az xəbər verir ki, konfransa Avropa Atletikasının prezidenti Dobromir Karamarinov, icraçı direktoru Kristian Milz və 49 üzv ölkədən icraçı direktorlar, baş katiblər və rəhbər vəzifə tutan nümayəndələr qatılıblar.
Konfransın əsas müzakirə mövzuları Avropa Atletikasının 2024-2027-ci illər üçün inkişaf strategiyası, rəqəmsal vasitələrin gəlir mənbəyinə çevrilməsi, 2025-ci ildə keçiriləcək qaçış üzrə Avropa çempionatında millilərin iştirakı, insan hüquqları, atletika cəmiyyətinin təhlükəsizliyi və inkişafıdır.