Azərbaycan Atletika Federasiyasının rəsmisi komissiya sədri seçilib
- 20 Dek 2024 12:30
- 50
Azərbaycan Atletika Federasiyasının vitse-prezidenti Könül Nurullayeva Ər-Riyad-2025 İslam Həmrəyliyi Oyunları ilə əlaqədar yaradılmış Koordinasiya Komissiyasının sədri vəzifəsinə seçilib.
Rekord.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Könül Nurullayevanın sədr vəzifəsinə seçilməsi ilə bağlı qərar İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) sessiyasında qəbul olunub.