Azərbaycan atletinə AÇ-də zədə əngəli
- 04 İyn 2022 20:20
- 607
Albaniyanın paytaxtı Tiranada qadınlar və kişilər arasında ağır atletika üzrə Avropa çempionatı keçirilir.
Rekord.az xəbər verir ki, yarışda 39 ölkədən 289 atlet (145 qadın + 144 kişi) iştirak edir.
Çempionata Azərbaycan təmsilçisi də qatılıb. Dadaş Dadaşbəyli 102 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz birdən qaldırma hərəkətində 172 kq-ı ram edib. Ancaq təəssüf ki, idmançımız qolundakı zədə üzündən yarışı davam etdirə bilməyib.