Azərbaycan avarçəkəni İtaliyada gümüş medal qazandı
- 26 Mar 2024 16:00
- 205
Azərbaycan təmsilçisi Diana Dımçenko İtaliyada təşkil edilən akademik avarçəkmə üzrə “Paolo De Aloya” xatirə turnirində gümüş medal qazanıb.
Rekord.az xəbər verir ki, 34 yaşlı idmançı bir nəfərlik qayıqda 2000 metr məsafəyə yürüşlərdə təsnifat mərhələsini birinci pillədə tamamlayaraq finala vəsiqə qazanıb.
Burada avarkəçəni qızıl medaldan cəmi bir neçə saniyə ayırıb. Serbiyalı Arsik Yovanadan (08:01:16 - 08:05:47) dörd saniyə geri qalan Dımçenko turnirin gümüş mükafatına sahib çıxıb.
Dımçenko ötən il eyni yarışda qızıl medal əldə etmişdi.