Azərbaycanın iki idmançısı Macarıstanın Seqed şəhərində keçiriləcək akademik avarçəkmə üzrə Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcək.

Rekord.az xəbər verir ki, Diana Dımçenko və Bəhmən Nəsiri yarışa qatılacaqlar.

Reqlamentə əsasən, həm kişilərin, həm də qadınların mübarizəsində “A” finalında ilk 3 yeri tutacaq avarçəkənlər Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaqlar.

Yığmamızın digər üzvü Ziya Məmmədzadə isə yüngül çəkili idmançılar arasında Avropa çempionatında çıxış edəcək. Bu yarış da Seqed şəhərində baş tutacaq.