Azərbaycan avarçəkənləri beynəlxalq turnirdə iştirak edəcəklər
- 31 May 2024 15:20
- 227
Azərbaycanın kayak və kanoe üzrə yeniyetmə və gənclərdən ibarət yığmaları Qazaxıstanın Uralsk şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan beynəlxalq turnirdə iştirak edəcəklər.
Rekord.az xəbər verir ki, məşqçi Larisa Axundovanın rəhbərliyi altında yarışda Niyaz Məlikov, Elvin Əliyev, Emil Zeynalov, Vacib Babayev, Şahin İsayev və Cavid Vəlizadə mübarizə aparacaq.
Avarçəkənlərimiz Qazaxıstana mayın 30-da yollanıblar. Turnir iyunun 1-3-ü aralığında baş tutacaq.