photo

Azərbaycan Avro-2021 final mərhələsində birbaşa iştirak edəcək

  • 2020-01-13 13:59
  • 280

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi 2021-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsində birbaşa iştirak edəcək. “Rekord.az” xəbər verir ki, Avropa Voleybol Konfederasiyasının açıqladığı siyahı da yığmamızın da adı var.

Gələn il yarışın 4 ev sahibi  -  Serbiya, Bolqarıstan, Xorvatiya, Rumuniya ilə yanaşı, Türkiyə, İtaliya, Polşa, Niderland, Almaniya, Rusiya, Belçika və Azərbaycan kollektivləri seçmə mərhələdə mübarizədən azaddırlar.

Kişilər arasında keçiriləcək qitə birinciliyinin isə final mərhələsində evsahibləri Polşa, Çexiya, Finlandiya və Estoniya, eləcə də Serbiya, Sloveniya, Fransa, Rusiya, İtaliya, Ukrayna, Almaniya və Belçika yığmaları birbaşa iştirak edəcəklər.

Son xəbərlər