Azərbaycan Avropa ikincisi oldu
- 09 İyl 2023 11:40
- 342
Macarıstanın Kaposvar şəhərində keçirilən U-15 Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.
Rekord.az xəbər verir ki, qitə birinciliyində 9 (3 gümüş 6 bürünc) medal qazanan millimiz komanda hesabında yalnız Gürcüstandan (155) geri qalıb.
Avropa ikincisi olan yığmamız 145 xal toplayıb ki, bu da yığmamız adına yeni rekorddur.
Xatırladaq ki, məşqçilər Namiq Quliyev, Elşad Allahverdiyev və Xəqan Süleymanovun rəhbərliyi altında Hüseyn İsmayılov (52 kq), İsa Yusibov (57 kq), Amin Nəsibov (85 kq) gümüş, Rəşid Nazarov (41 kq), Ruslan Əlizadə (44 kq), Həsən Həsənov (48 kq), Fərid Ağasızadə (52 kq), Nihad Abasov (62 kq) və Rəşad Veysəlov (68 kq) isə bürünc medal qazanıb.