Azərbaycan Avropa Kubokunda 28 cüdoçu ilə təmsil olunacaq
- 05 Apr 2023 20:21
- 344
Yeniyetmə cüdoçulardan ibarət Azərbaycan millisinin aprelin 8-də Çexiyanın Teplitse şəhərində start götürəcək Avropa Kuboku üçün heyəti açıqlanıb.
Rekord.az xəbər verir ki, 2 gün davam edəcək yarışda ölkə 14 çəki dərəsində 20 oğlan və 8 qız idmançı ilə təmsil olunacaq.
Cüdoçulara yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Rüstəm Alimli, yeniyetmələrdən ibarət kollektivin məşqçiləri Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və gənc qızlardan ibarət millinin məşqçisi Kifayət Qasımova rəhbərlik edəcək.
İdmançılar 10-11 apreldə isə Teplitsedə təşkil olunacaq təlim-məşq toplanışına qatılacaqlar.
Yarışda Azərbaycan Cüdo Federasiyasının "B" kateqoriyalı beynəlxalq dərəcəli hakimi Akif Tahirov ədalət təmsilçiləri arasında yer alacaq.
Qızlar
40 kq
Xədicə Abdullayeva
44 kq
Məryəm Bayramzadə
48 kq
Vüsalə Hacıyeva
Fəridə Mirzəyeva
52 kq
Xədicə Qədəşova
Aytən Verdiyeva
57 kq
Fidan Qasımova
63 kq
Kamilla Toholiyeva
Oğlanlar
50 kq
Rəsul Əliyev
55 kq
Mirxaliq İskəndərov
Fərid Qarayev
Həsən Həsənli
Ayxan Mirzəzadə
60 kq
Xanəhməd Şərifov
Məhəmməd Musayev
66 kq
Murad Allahverdiyev
Mehdi Cəfərov
Səid Şərifov
Emil Hüseynzadə
Əbil Yusubov
73 kq
Süleyman Şükürov
Mehdi Abbasov
Allahverdi Səmədov
81 kq
Aslan Kotsoyev
Əli Qazıməmmədov
Hüseyn Eyvazlı
90 kq
Tuncay Şamil
+90 kq
Ramazan Əhmədov