Azərbaycan Avropa kubokunda birinci yeri tutdu
- 12 Mar 2023 23:32
- 403
11-12 martda Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən yeniyetmələr arasında Avropa kuboku turnirində Azərbaycan cüdoçuları 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıb.
Rekord.az xəbər verir ki, Azərbaycan yarışda 50 nəfərdən ibarət heyətlə təmsil olunub.
Turnirin ilk günü Azərbaycan cüdoçuları 1 qızıl və 4 bürünc medal əldə edib.
Turnirin ikinci günündə isə oğlanların yarışında -73 kq. çəkidə Süleyman Şükürov finalda polşalı idmançı Şimon Brzuszczynskini məğlub edərək qızıl medal qazanıb. -81 kq. çəkidə Aslan Kotsoyev final görüşündə Lüksemburq təmsilçisi Miça Velterə qalib gələrək komandamızın aktivinə üçüncü qızıl medalı yazdırıb. +90 kq. çəkidə Ramazan Əhmədov turnirin gümüş medalçısı olub.
-81 kq. çəkidə mübarizə aparan cüdoçu Hüseyn Eyvazlı yarışı 5-ci yerdə tamamlayıb.
Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutub.