Azərbaycan Basketbol Federasiyası 3x3 basketbol üzrə qadınların reytinq sıralamasında irəliləyib.

Rekord.az xəbər verir ki, qurum Avropa üzrə 10-cu, dünyada isə 16-cı pillədə qərarlaşıb.

Azərbaycanın 3x3 basketbol üzrə qadınlardan ibarət milli komandası Dünya Qadın Seriyasında mütəmadi olaraq iştirak edir. "Neftçi" klubu ilə bu turnirin Şuşa və Netanya mərhələlərində qalib olub.