Azərbaycan badmintonçuları Aqil Qabilov və Era Maftuha Uqandanın paytaxtı Kampala şəhərində keçirilən "Future" seriyalı "Kampala İnternational 2024" beynəlxalq turnirində gümüş medal qazanıb.

Rekord.az xəbər verir ki, mübarizəyə 1/16 finaldan başlayan Aqil - Era tandemi qarışıq qoşa kateqoriyasında ardıcıl 3 qələbə qazanaraq turnirin finalına yüksəlib.

Qızıl medal uğrunda keçirilən qarşılaşmada Malayziya təmsilçiləri Əşrəf Daniel Zakaria - Lim Xuan cütlüyünə hər iki setdə uduzan (18:21,17:21) badmintonçularımız gümüş medalla kifayətlənib.