Azərbaycan badmintonçusu beynəlxalq turnirdə 1750 reytinq xalı qazandı
- 25 Yan 2024 16:45
- 227
Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra İsveçin Uppsala şəhərində keçirilən “VICTOR Swedish Open” turnirində 1750 reytinq xalı qazanıb.
Rekord.az xəbər verir ki, idmançı beynəlxalq turnirin şəxsi yarışında ən güclü “4-lük”də yer alıb.
Mübarizəyə əsas mərhələdən başlayan badmintonçu ilk görüşündə isveçli Sesilia Vanqı 2:0 (21:14, 21:19) hesabı ilə məğlub edib. 1/8 finalda şotland Reyçel Suqdeni (21:9, 21:17) mübarizədən kənarlaşdıran Keişa Fatimə Zəhra növbəti raundda Danimarkadan olan Frederikke Lundu 2:1 (18:21, 21:13, 21:11) hesabı ilə üstələyib.
Badmintonçu finala yüksəlmək uğrunda görüşdə fransalı Leonice Huetə məğlub olub - 0:2 (13:21, 14:21).