Azərbaycan badmintonçusu DÇ-nin 1/16 finalında uduzdu
- 15 Dek 2021 23:24
- 562
İspaniyanın Huelva şəhərində təşkil olunan badminton üzrə dünya çempionatı davam edir. Rekord.az xəbər verir ki, Azərbaycan badmintonçusuz Edi Reski Dviçayo bu gün mundialda növbəti sınağına çıxıb.
O, 1/16 final mərhələsi çərçivəsində Honkonq təmsilçisi Li Çeuk Yiu ilə qarşılaşıb. İdmançımız bu rəqibinə 0:2 (13:21, 15:21) hesabı ilə uduzub.
Xatırladaq ki, Edi 1/32 finalda Türkiyə təmsilçisi Emre Lale ilə qarşılaşmış və 2:0 (21:15, 21:16) hesablı qələbə qazanmışdı.