Azərbaycan basketbolçuları İstanbulda ilk məğlubiyyətə üzüldü
- 14 Mar 2022 12:14
- 581
Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirən Azərbaycanın basketbol üzrə gənclərdən ibarət (U-18) komandası növbəti sınaq oyununa çıxıb.
Rekord.az xəbər verir ki, millimiz Türkiyənin regional liqa təmsilçisi “Kadıköy Basket” komandası ilə üz-üzə gəlib və bu oyundan 77:84 hesablı məğlubiyyətlə ayrılıb.
Bu görüşün ən məhsuldar basketbolçusu 26 xalla millimizin üzvü Rəşid Abbasov seçilib.
Xatırladaq ki, U-18 bundan əvvəlki sınaq matçlarından qalib ayrılmışdı.