“Azərbaycan basketbolunda müsbətə doğru çox dəyişiklik var”
- 02 Fev 2024 23:00
- 324
“Sabah”ın baş məşqçisi Rimas Kurtinaytis Azərbaycan Basketbol Liqasının 13-cü turu çərçivəsində "Sərhədçi"yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:
"Məşqçi karyeramda böyük fasilə yaranmışdı. "Sabah"dan zəng gələndə həyat yoldaşımla məsləhətləşib gəlmək qərarı verdim. Bakı bu illər ərzində çox dəyişib. Basketbol da inkişaf edib. İndi hər klubda 6-7 legioner basketbolçu var. 18 il əvvəl vəziyyət belə deyildi. Həmçinin yerlilər də çox artırıblar. Bir sözlə, Azərbaycan basketbolunda müsbətə doğru çox dəyişiklik var. Bu da məni çox sevindirir”.