“Sabah”ın məşqçisi Nikola Bojinovski basketbol üzrə FİBA Avropa Kubokunun qrup mərhələsinin son turunda “Nimburk”a qarşı keçirdikləri oyunu şərh edib.

Rekord.az xəbər verir ki, o, Çexiya klubuna məğlub olduqları matça bağlı bunları söyləyib:

“FIBA Avropa Kubokunda çıxışımızı başa vurduq. İlk dəfə bu turnirdə mübarizə apardığımızı nəzər alsaq, düşünürəm ki, Azərbaycan basketbolunu yüksək səviyyədə təmsil etdik. Növbəti mövsümdə avrokuboklarda iştirak hüququ əldə etsək, daha uğurlu çıxış edə bilərik. Ehtiyat skamyamızda əsas oyunçularımızı əvəzləyə biləcək yüksək səviyyəli daha bir yerli basketbolçuya ehtiyacımız var ki, oyun ərzində rotasiya imkanlarımız genişlənsin”.