Kamandan Oxatma üzrə Azərbaycan birinciliyi və çempionatının qalibləri müəyyənləşib.

Rekord.az xəbər verir ki, yarışlar 70 (böyüklər), 60 (gənclər) və 30 (yeniyetmələr) metr məsfələr üzrə keçirilib.

70 metr məsafəyə oxatma üzrə qadınlar arasında Yaylagül Ramazanova qızıl, Fatimə Hüseynli gümüş, Svetlana Simonovo isə bürünc medal qazanıb. Kişilər arasında Məhəmmədəli Əliyev qızıl medal əldə edib. Roman Veneqorov ikinci, Əhməd Hüseynov isə üçüncü yeri tutub.

60 metr məsafəyə oxatma üzrə qadınlar arasında Amina Şərif ən yüksək nəticəni qazanıb. Lalə Almasova ikinci, Zəhra Carçılı isə üçüncü olub. Bu məsafədə kişilər arasında İslam İsmayılov qızıl medal qazanıb. Sərdar Rəhimli gümüş, Nurlan Rəhimli isə bürünc medalla kifayətlənib.

30 metr məsafəyə atışlarda yeniyetmə qızlar arasında Leyla Əfəndiyeva bütün rəqiblərini üstələyib. Sona Rüstəmli ikinci, Fatimə Nəbiyeva isə üçüncü yeri tutub. Yeniyetmə oğlanlar arasında Məhəmməd İsmayılov qızıl medala yiyələnib. Hüseyn Məhərrəmov gümüş, Nicat Nəbiyev isə bürünc medal qazanıb.